Kabildəki partlayışı `Taliban` törədib


00:20     22 Oktyabr 2017 kabil%20efqan.jpg

"Taliban" radikal hərəkatı Kabildə baş verən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.


"RİA Novosti"ın verdiyi məlumata görə, bu barədə "1TV News" telekanalı məlumat yayıb.

Qeyd edək ki, bu gün Əfqanıstanın paytaxtı Kabildə, marşal Fahim akademiyasının yaxınlığında partlayış baş verib. Partlayış intiharçı-terrorçu tərəfindən törədilib. Partlayış nəticəsində 15 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 645